"Sazz 4G Internet"dən 8 Mart kampaniyası
2015-03-06

"Sazz 4G Internet" provayderin "8 Mart" kampaniyası çərçivəsində hər yeni müştəri bir aylıq 25 AZN ödəyərək əlavə bir ay və Sazz USB modem hədiyyə ala bilər.Bayram kampaniyası yalnız yeni müştərilər üçün nəzərdə tutulub və 7-8 mart tarixləri arası keçiriləcək. Hədiyyə kampaniyasından faydalanmaq üçün "Sazz Internet"-in Süleyman Rüstəm küçəsi,17B ünvanında yerləşən baş ofisinə və ya istənilən "Sazz 4G" satış nöqtəsinə müraciət edə bilər. "Sazz Internetin" xidmətləri,eləcədə kampaniya haqqında daha geniş məlumatları www.sazz.az saytından, "Sazz 4G" facebook səhifəsindən,191 nömrəli qaynar xətdən,habelə həftənin bütün günləri işləyən istənilən "Sazz 4G" satış nöqtəsindən əldə etmək olar.