AzQTel Azərbaycanda ən böyük sabit LTE yerləşdirilməsi üçün Telrad Şəbəkələrini seçir
2018-02-28

Ölkədə ilk TD-LTE texnologiyasının yerləşdirilməsi sakinlər və şirkətləri sürətli internet ilə təmin edəcəkdir

 

Barcelona, İspaniya – Mobil Dünya Konqresi – 26 fevral, 2018-ci il – TD-LTE genişzolaqlı şəbəkə həlləri üzrə beynəlxalq provayder olan Telrad Şəbəkələri bugün AzQTel operatorunun Azərbaycanda “SAZZ” marka adı altında fəaliyyət göstərən genişzolaqlı internet biznesi üçün öz sabit LTE şəbəkə həllərini seçdiyini elan etmişdir. Bazarın tələbatına uyğunlaşmaq öhdəliyinin bir hissəsi kimi, SAZZ daha yüksək və etibarlı sürətlə təmin etmək üçün bütün İnternetə sabit simsiz çıxış (FWA) şəbəkəsini LTE texnologiyasına yüksəldir.

 

SAZZ, Telrad LTE avadanlıqları ilə mövcud WiMAX infrastrukturunu B42 və B43 diapazonlarında (3.5 və 3.6 GHz) 142 MHz spektorda işləyib hazırlayır. Layihənin icrasına paytaxt Bakı şəhərində başlanılmışdır, sonradan digər ərazilərdə də inkişaf etdiriləcəkdir.

 

AzQTel-in baş icraçı direktoru Ceyhun Mollazadə bildirib ki, "Qürur duyuruq ki, Telrad şəbəkəsinə qoşulmuşuq. Bizim ilk LTE sınağımızda üç satıcı var idi: Telrad Şəbəkələri, siqnalın yayılmasını gücləndirən mürəkkəb alqoritmlər ilə üstün keyfiyyət və davamlı xidmət göstərmişdir. Keyfiyyət bizim prioritetimizdir və üstün dəstək və xidmət nəzərə alınmadan, biz Telraddan ən yaxşı nəticələr əldə edirik. Bu öz növünün ilk LTE sistemi və ölkəmizdə ən böyük sabit İnternet provayderi şəbəkəsidir."

 

Telrad texnologiyası SAZZ operatoruna etibarlı, qənaətli internet xidməti təqdim etməyə imkan verir. BreezeCOMPACT baza stansiyası onların öz münasib və miqyaslanabilən EPC, aşağı əhali sıxlığı tənzimləmələri, tutumu ikiqat çoxaldan ikili-daşıyıcı/ikili-sektor da daxil olmaqla standart əsaslı LTE şəbəkə həllərini seçmələrinə təsir edən fərqləndirici xüsusiyyətlər təklif edir.

 

Telradın Genişzolaqlı Simsiz Şöbəsinin rəhbəri, Chris Daniels bildirmişdir: "AzQTel tərəfindən seçildiyimiz üçün qürur duyuruq. Bizim möhkəm, qənaətli, genişzolaqlı LTE şəbəkə həllərimiz bizim uyğun olmayan təcrübələrimizlə birlikdə, Telradı operatorlar üçün ağıllı alternativə çevirir. Müştərilərimizə rəqabətə davamlı bir qiymətə fərqli bir dəyər təklifi təqdim edən məqsədli bir təchizat paketimiz var."

 

 

EMEA şirkətinin Satış üzrə Prezidenti, Orit Ginzburg əlavə etmişdir: "Biz Şərqi Avropada və MDB ölkələri bazarlarında son dövrlər ərzində nail olduğumuz artım səbəbi ilə sevincliyik. Hər gün daha çox operator Telradın genişlənmiş potensial və artan əhatə dairəsi ilə şəbəkələrin uğurlarında necə həlledici rol oynaya şahid olur."

 

SAZZ haqqında

SAZZ, 2005-ci ildə təsis edilmiş Azərbaycanın ISP şirkəti olan AzQTel şirkətinin nəzdində fəaliyyət göstərən genişzolaqlı bir markadır. SAZZ 2010-cu ilin oktyabr ayından etibarən etibarlı, simsiz, yüksək sürətli genişzolaqlı internet xidməti göstərir. Məqsədimiz hər bir vətəndaşın İnternetə çıxışını genişləndirməkdir. Hazırda SAZZ operatorunun əhatə dairələri paytaxt Bakı şəhərinin əksər hissəsini, Abşeron yarımadasının əksər kəndlərini və ölkənin bir çox müxtəlif bölgələrini əhatə edir. (www.sazz.az)

 

Telrad Şəbəkələri haqqında

Telrad Şəbəkələri, 100-dən çox ölkədə 300-dən çox 4G-nin yerləşdirilməsi ilə LTE telekommunikasiya həllərinin beynəlxalq provayderidir. Telrad, 6 GHz bazarında yeni nəsil TD-LTE şəbəkə həllərinin texnoloji təkamülünün ön pilləsində dayanır. Şirkət 1951-ci ildən operatorlar, ISP və dünyadakı müəssisələr vasitəsilə milyonlarla son istifadəçinin qoşulma ehtiyaclarını asanlaşdıran telekommunikasiya sənayesində tanınmış pionerdir. (www.telrad.com)