TARİX


2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılmış SAZZ əmtəə nişanı Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur.

 

2005-ci ildə rəsmi qeydiyyatdan keçən "AzQtel" şirkəti 2008-ci ildən etibarən Azərbaycanda ilk genişzolaqlı simsiz İnternet xidməti göstərməyə başlayıb. SAZZ 4G Şəbəkəsi IEEE 802.16e-2005 standartlarında 3,5-3,6 Ghz tezlik diapazonunda işləyir.

 

2009-cu ildə "AzQtel" şirkəti telekommunikasiya avadanlıqlarını istehsal edən transmilli ZTE şirkəti ilə müqavilə bağlayaraq ümumdünya şəbəkəsinə genişzolaqlı simsiz girişi təmin edən cihazları Azərbayacana gətirib.


Yüksək sürətli genişzolaqlı Sazz İnternet şəbəkəsinin əhatə dairəsinə Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Quba, Qusar, Xaçmaz, Qax, Balakən, Şəki, Zaqatala, Lənkaran, Masallı, Lerik, Astara və Abşeron yarımadasının əksər qəsəbələri. Sazz İnternet şəbəkəsinin xəritəsini saytımızda görə bilərsiniz.

 

 

 

 

 

 

Ən ucuz aviabiletlər    Ən ucuz otellər